İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın xüsusi elçisi Moskvada: Putinlə gecə saatlarında TƏCİLİ GÖRÜŞ OLUB

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff Moskvadadır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, Moskvada danışıqlar bu gün də davam etdiriləcək.

Politoloq Sergey Markov isə Putinin gecə saat birin yarısına qədər Kremldə Uitkoffla danışıqlar apardığını qeyd edib.

"Uitkoff təkcə Trampın şəxsi nümayəndəsi deyil, həm də yaxşı dostdur. Görüş başa çatdıqdan sonra o, səfirliyə getdi və oradan Vaşinqtonla bir saat daha danışdı. Bundan dərhal sonra Trampın milli təhlükəsizlik üzrə müşaviri Vals Amerika televiziyasında çıxış edib".

***

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun içərisində olduğu ehtimal edilən təyyarə Rusiya paytaxtı Moskvanı tərk edib.

Musavat.com bu barədə “Flightradar” portalının məlumatına istinadən xəbər verilir.

Məlumata görə, sözügedən təyyarə Moskva vaxtı ilə gecə saat 01:54-də hava limanından havaya qalxaraq cənub istiqamətində hərəkət edib. Marşrut barədə rəsmi açıqlama verilməsə də, mənbələr təyyarənin Bakı istiqamətində uçduğunu bildirir.

Bəzi mənbələrin məlumatına əsasən, təyyarə Bakı vaxtı ilə saat 05:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Lakin Stiven Uitkoffun bu reysdə olub-olmadığı ilə bağlı rəsmi təsdiq yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR