İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament hökumətin hesabatını təsdiq etdi: Baş nazir söz verdi

Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabat qəbul edilib.

Musavat.com bildirir ki, 107 lehinə, 1 əleyhinə, 2 bitərəf olmaqla hesabat təsdiqlənib.

Sədr Sahibə Qafarova deyib ki, hesabatla bağlı 59 deputat çıxışa yazılıb, 30 nəfər çıxış edib.

Baş nazir Əli Əsədov yekunda çıxış edərək deputatlardan bəzilərinin fikirləri ilə razı olmadığını bildirsə də, digər fikir və təkliflərə müsbət mövqeyini ifadə edib:

"Ola bilər, biz kabinetlərdə oturduğumuz halda bəzi məsələləri görmürük".

Baş nazir onların görə bilmədiyi məsələləri parlamentarlarla birgə müzakirəyə hazır olduğunu bildirib, parlament sədri və deputatlara təşəkkür edib.

Əli Əsədov vurğulayıb ki, büdcənin imkan verdiyi çərçivədə bəzi təkliflərə baxılacaq.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR