Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda bəzi hallarda vətəndaşların ölkədən çıxışına məhdudiyyət tətbiq oluna bilər.
Vəkillər Kollegiyasının üzvü, vəkil Emil Aslanov Modern.az saytına açıqlamasında bildirib ki, vətəndaşın üzərində hər hansı bir mülki öhdəliyi varsa, ya da haqqında cinayət təqibi gedirsə, bu halda çıxışa qadağalar qoyulur. Mülki məsələlərdə borc məsələsidirsə, borcunu ödədikdən sonra, qadağa üzərindən götürülə bilər.
"Həmçinin, cinayət işi üzrə, istintaq dövrü müddətində ölkədən gedə bilməz. Qanunla məhkum olması barədə məhkəmə işi olarsa, məhkumluğu bitdikdən sonra, çıxış qadağası ləğv edilə bilər. Şərti icazəli cəzalara da aid edilir", - o qeyd edib.
Vəkil vurğulayıb ki, qanunvericilikdə, şəxsin ömürlük çıxışına qadağa qoyulması barədə, fikirlər təsbit olunmayıb? "İstisna o halda, ola bilər ki, vətəndaş cəzasından boyun qaçırır( borcu ödəmir, qaçıb-gizlənir)".
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ