Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar siyahısını təxminən 2400 şəxs və təşkilatla genişləndirib.
Musavat.com xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
"Reuters"in mənbələrə istinadən verdiyi məlumata görə, sanksiya siyahısından üç şəxs çıxarılıb.
Bunlar əvvəlcə Macarıstanın sanksiyaların uzadılmasına razılıq vermə şərti olaraq çıxarılmasını tələb etdiyi şəxslərdir: biznesmen Əlişir Usmanovun bacısı Gülbahor İsmayılova, iş adamı Vyaçeslav Moşe Kantor və Rusiyanın idman naziri Mixail Deqtyarev.
Agentlik həmçinin qeyd edir ki, biznesmen Vladimir Raşevski də "Budapeştin təzyiqi ilə deyil, zəif hüquqi əsaslara görə" siyahıdan çıxarılıb. Daha üç nəfər isə vəfat etdiyi üçün siyahıdan çıxarılıb.
"Financial Times" yazır ki, bundan əvvəl Macarıstan doqquz adın, o cümlədən oliqarx Mixail Fridmanın sanksiya siyahısından çıxarılmasını tələb edib. Fridman Macarıstanın tələblərinə baxmayaraq, sanksiyalar altında qalır.
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ