İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycanla Ermənistana sülh ÇAĞIRIŞI ETDİ

Vaşinqton Bakı və İrəvanı sülh sazişini imzalamağa və ratifikasiya etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlamasında bildirib.

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır. Hər iki ölkə üçün bu, Prezident Trampın daha davamlı sülh vizyonuna uyğun olaraq onilliklər davam edən münaqişənin səhifəsini çevirmək fürsətidir. Sülh öhdəliyi götürmək, müqaviləni imzalamaq, ratifikasiya etmək və Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü başlamaq vaxtıdır", - ABŞ dövlət katibi deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR