İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın şirkəti borcla kriptovalyuta alacaq

Donald Trampın “Truth Social” sosial şəbəkəsinin ana şirkəti olan “Trump Media & Technology Group Corp.” (TMTG) şirkəti Bitcoin də daxil olmaqla kriptovalyutaları almaq üçün 3 milyard dollar toplamağı planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı “Financial Times” mənbələrə istinadən yayıb.

Bildirilir ki, TMTG səhmlərin yerləşdirilməsi yolu ilə 2 milyard dollar və konvertasiya olunan istiqrazların satışı hesabına daha 1 milyard dollar cəlb etmək niyyətindədir. Şirkət bu həftə Las-Veqasda kriptovalyuta investoru tədbiri öncəsi kapital artımını elan edə bilər.

TMTG kapitalının artırılması şərtləri, vaxtı və həcmləri dəyişə bilər. İki mənbə bildirib ki, son həftələrdə şirkətin təklifinə güclü maraq fonunda təklifin ölçüsü artırılıb.

TMTG qəzetin yazdıqlarına cavab olaraq "Financial Times"ın axmaq yazarlarının daha da axmaq mənbələri dinlədiyi görünür" cavabını vermərək, əlavə şərhdən imtina edib.

TMTG səhmləri ilin əvvəlindən bəri 24,6 faiz ucuzlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 May 2025

BÜTÜN XƏBƏRLƏR