İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Qərbə “ticarət müharibəsi” – Avropaya yenə güzəşt etdi  

ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı ilə ticarət gərginliyi fonunda verdiyi son qərar yenidən qeyri-stabil və ziddiyyətli davranışını nümayiş etdirdi.

Musavat.com xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin xahişi ilə Avropa mallarına qarşı tətbiq olunmalı olan 50 faizlik idxal rüsumlarını 9 iyul tarixinə qədər təxirə salıb.

Bu, Trampın Qərb müttəfiqlərinə qarşı elan etdiyi “ticarət müharibəsi” çərçivəsində atdığı növbəti ziddiyyətli addım kimi qiymətləndirilir. Əvvəlcə sərt tariflərlə təzyiq göstərən Ağ Ev, daha sonra diplomatik kanallarla edilən müraciətlər qarşısında müəyyən yumşalmalar nümayiş etdirir.

Tramp administrasiyası bu tariflərlə əsasən Almaniya, Fransa və İtaliyanın yüksək texnoloji və avtomobil məhsullarını hədəf alırdı. Rüsumların tətbiq edilməsi halında Avropa iqtisadiyyatına ciddi zərbə vurulacağı, eyni zamanda ABŞ ilə Aİ arasında gərginliyin daha da dərinləşəcəyi gözlənilirdi.

Ekspertlərə görə, Trampın bu cür davranışı ABŞ-ın xarici iqtisadi siyasətində qeyri-müəyyənlik və impulsiv yanaşmanın hökm sürdüyünü göstərir. Bu isə həm ticarət tərəfdaşlarını, həm də bazarları qeyri-sabitliyə sürükləyir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR