Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukraynada atəşkəsə nail olmağın ən sürətli yolunun Rusiyaya Ukraynanın dörd şərq vilayəti üzərində “mülkiyyət hüququ” verilməsindən keçdiyini bəyan edib.
Musavat.com “Qordon media”ya istinaədn xəbər verir ki, Trampla keçirilən görüş zamanı ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi general Kit Kelloq bu fikrə qarşı çıxıb. O bildirib ki, Ukrayna bəzi “mübahisəli ərazilərlə” bağlı danışıqlar aparmağa hazır olsa da, bu bölgələr üzərində Rusiyaya birtərəfli şəkildə tam mülkiyyət hüququ verməyə heç vaxt razı olmayacaq.
ABŞ mediasının yazdığına görə Uitkoff, təhlükəsizlik protokollarını pozaraq, Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ-ın sanksiyalarına məruz qalmış Putin nümayəndəsi Kirill Dmitriyevi Ağ Evdəki görüşdən öncə şəxsi iqamətgahına şam yeməyinə dəvət edib. Vəziyyətdən xəbərdar olan iki nəfərin sözlərinə görə, bu, Ağ Evdə və Dövlət Departamentində ciddi narahatlıq yaradıb. ABŞ rəsmiləri, ümumiyyətlə, Rusiya məmurlarını qəbul etməkdən yayınırlar.
Reuters agentliyinin söhbət etdiyi mənbəyə görə, bəzi respublikaçılar Uitkoffun Karlsona verdiyi müsahibədə nümayiş etdirdiyi açıq prorusiya mövqeyindən o qədər narahat olublar ki, sonradan ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Uoltsa və dövlət katibi Marko Rubiyoya zəng edərək narazılıqlarını ifadə ediblər.
Musavat.com
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ