İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağrıdağdan imtina - “Dövlət addımları emosional olmamalıdır”

Ermənistan dövlət simvollarından çıxış edir və Ermənistan Respublikasının pasportlarına vurulacaq möhürlər ölkəyə və onun dövlətçiliyinə aid simvolları əks etdirməlidir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib.

O, ölkəyə daxilolma və çıxış zamanı sərhədçilərin vurduğu möhürün dəyişdirilməsi ilə bağlı suala cavab verib.

Erməni deputatın fikrincə, dövlət simvolları həddən artıq emosional çalar daşımamalıdır.

“Biz qonşularımızla münasibətlərimizdə Almatı Bəyannaməsinə əsaslanırıq. Niyə? Çünki atdığımız hər bir addım – istər imza, istərsə də bəyanat şəklində olsun – qonşu ölkələrə təhlükəli mesajlar göndərməməlidir”, - deyə Ovannisyan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR