İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası: Türkiyə-Ermənistan münasibətlərində heç bir imitasiya yoxdur

Türkiyə-Ermənistan münasibətlərində, bəzi iddiaların əksinə olaraq, heç bir imitasiya yoxdur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovanisyan bəyan edib.

Erməni deputatın sözlərinə görə, münasibətlərdə irəliləyişin olmaması barədə bəyanatlar təəccüb doğurur. “Müzakirələr kifayət qədər pozitiv atmosferdə keçdi. Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla aparılan danışıqların yekunları yayımlanan press-relizdə açıqlanmışdı. Biz ümid edirik ki, Türkiyəli tərəfdaşlarımızla münasibətlər əvvəlcədən ictimai müzakirələrdə bəyan edilmiş məntiqlə inkişaf edəcək və əldə edilmiş razılaşmalar praktikada həyata keçiriləcək”, – deyə Ovanisyan vurğulayıb.

O, əlavə edib ki, bundan artıq açıqlama verməsi mümkün deyil.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR