Onlayn ictimai-siyasi qəzet
Legitimlik strategiyası da ordu islahatları üçün mühüm əhəmiyyət kəsb edir, çünki üçüncü respublikanın bütün tarixi ərzində güclü ordu konsepsiyası həmişə həlledici faktor olub.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan 15 sentyabrda keçirilən “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“Daim deyirdik ki, bizə güclü ordu lazımdır, amma özümüzə verməli olduğumuz suallardan biri də budur: güclü ordu nə deməkdir, kimdən daha güclü? Şərti bir düşməndən, iki düşməndən, üç və ya dörddən? Əgər şərti düşmənin tərəfində daha 3-4 fövqəladə güclü tərəf mövcud olsa, bizim reaksiyamız necə olacaq? Məgər bu halda strategiyalarımız sıfıra enəcək?
Güclü ordu dedikdə biz güclü müttəfiqlərin olub-olmamasını nəzərdə tuturuqmu? Əgər onlarla birlikdədirsə, bu halda da onlarla sual yaranır. Buna görə də burada anlayışların dəqiqləşdirilməsinə ciddi ehtiyac var.
Bu legitimlik strategiyası cəmi 2–3 il ərzində inanılmaz nəticələr verdi. Məsələn, əvvəllər Ermənistan üçün silahların alınması bazarları ciddi şəkildə məhdudlaşdırılmışdı, indi isə demək olar ki, sərhədsizdir. Bu məhdudiyyətlər məhz legitimlik strategiyası sayəsində aradan qaldırıldı”, – deyə Paşinyan bəyan edib.
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ