Onlayn ictimai-siyasi qəzet
“Bu gün Ermənistan heç vaxt olmadığı qədər müstəqildir, heç vaxt olmadığı qədər suveren dövlət kimi mövcuddur və heç vaxt olmadığı qədər təhlükəsizdir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Əhatəli təhlükəsizlik və qarşıdurma – 2025” adlı beynəlxalq konfransda bildirib.
“Ermənistan heç vaxt indiki qədər təhlükəsizlikdə olmayıb. Yazda demişdimsə ki, Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq, indi bəyan etmək istəyirəm: Ermənistan və Azərbaycan arasında artıq sülh var”, – Paşinyan əlavə edib.
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ