Onlayn ictimai-siyasi qəzet
Əgər NATO ölkələri ABŞ-ın təzyiqi altında Rusiya neftini almaq bəhanəsi ilə Çinə qarşı rüsumlar tətbiq etməyə çalışsa, Çin qətiyyətli cavab tədbirləri görəcək.
Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian çıxış edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp açıq şəkildə bəyan edib ki, Avropa İttifaqı Çin, Hindistan və Braziliyaya qarşı Rusiya neftini aldıqlarına görə əlavə rüsum tətbiq etməsə, ABŞ birtərəfli qaydada heç bir addım atmayacaq.
Çin tərəfi bu mövqeyə etirazını bildirir:
"Çin ilə dünya ölkələri, o cümlədən Rusiya arasında normal ticarət, iqtisadi və enerji əməkdaşlığı qanunidir və heç bir şikayət yaratmır. Çinin qanuni hüquq və maraqlarının pozulması halında o, qətiyyətlə əks tədbirlər görəcək, suverenliyimizi, təhlükəsizliyimizi və inkişaf maraqlarımızı qətiyyətlə qoruyacağıq".
Çin XİN rəsmisi ABŞ-ın mövqeyini "birtərəfli hədə-qorxu və iqtisadi məcburiyyətin tipik nümunəsi" adlandırıb. O qeyd edib ki, Vaşinqton bununla "beynəlxalq ticarət qaydalarını ciddi şəkildə pozur, qlobal istehsal və təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini təhdid edir":
"Faktlar sübut etdi ki, məcburiyyət və təzyiq populyar deyil və problemləri həll etmir".
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ