Onlayn ictimai-siyasi qəzet
Donald Trampın andiçmə mərasimindən sonra keçən yeddi həftə ərzində onun inaqurasiyasında iştirak etmiş milyarderlər ümumilikdə 209 milyard dollar itiriblər.
Bu barədə Oxu.Az "Bloomberg" agentliyinə istinadla xəbər verir.
Ən çox itirən İlon Mask olub. Onun sərvəti 148 milyard dollar azalıb. Ceff Bezos 29 milyard dollar, Sergey Brin isə 22 milyard dollar itirib.
Ən çox ziyan görmüş beşliyə, həmçinin hər biri 5 milyard dollar itirən Mark Zukerberq və Bernar Arno da daxildirlər.
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ