Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçi vəzifəsinə namizədi Keyt Kelloq yanvarda Kiyevə səfərindən sonra Moskvaya da səfər edə bilər.
Musavat.com xəbər verir ki, bu barədə mənbəyə istinadən "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi gələn ay Kiyevə səfər etməyi planlaşdırır və yeni administrasiya üç ildir davam edən müharibəyə son qoymağa çalışdığı üçün dəvət olunarsa, Moskvada görüşlərə açıq olacaq.
Agentliyin mənbəsi bildirib ki, Keyt Kelloq səfər zamanı London, Paris və Romaya da getməyi planlaşdırır. Onun sözlərinə görə, səfər konkret siyasi məqsədi həyata keçirmək üçün deyil, məlumat toplamaq məqsədi daşıyacaq.
Bundan əvvəl "Reuters" xəbər vermişdi ki, Keyt Kelloq yanvarın əvvəlində Kiyevə, eləcə də bir sıra Avropa paytaxtlarına səfər edəcək. Qeyd olunub ki, Kelloqun Moskvaya səfər etmək planı yoxdur.
Musavat.com
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ