İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Çin tarifləri "Tesla"nı vurdu – "Cybercab" və "Semi" layihələri dayandı

ABŞ prezidenti Donald Trampın Çin məhsullarına qarşı tətbiq etdiyi yeni tariflər "Tesla"nın gələcək planlarını sual altına alıb.

Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, Trampın Çin mallarına qarşı müəyyən etdiyi 34%-lik gömrük rüsumu "Tesla" üçün əlavə xərclərə səbəb olsa da, şirkət bu yükü daşımağa hazır idi. Lakin tariflər bu həddi keçdikdən sonra vəziyyət dəyişib – "Tesla" artıq əlavə xərcləri qarşılaya bilmədiyi üçün kritik detalların Çindən gətirilməsi planlarını dayandırmalı olub.

Bu isə şirkətin iki mühüm layihəsi – geniş istehsala buraxılması planlaşdırılan robotaksi "Cybercab" və elektrik yük avtomobili "Semi"nin taleyini sual altına salıb.

"Tesla"nın bu modelləri ABŞ-da istehsal etməsi nəzərdə tutulsa da, əsas komponentlər Çin istehsalı olduğundan tarif artımı layihələrin gedişatına ciddi zərbə vurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR