İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan XİN: “15 il əvvəl bizi ələ salan Avropa liderləri indi İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dayanırlar”

Azərbaycanın beynəlxalq nüfuzu ilə bağlı diqqətçəkən açıqlama verilib.

Musavat.com xəbər verir ki, Macarıstan Xarici İşlər Nazirliyi Azərbaycanla əməkdaşlığın uğurunu xüsusi vurğulayıb.

Qurumdan bildirilib ki, 15 il əvvəl Azərbaycanla hərtərəfli tərəfdaşlıq qurulduqda bəzi Avropa liderləri bu addımı istehza ilə qarşılayırdılar. Lakin bu gün həmin ölkələrin rəhbərləri Prezident İlham Əliyevlə görüşmək və şəkil çəkdirmək üçün sıraya düzülürlər.

Macarıstan rəsmilərinin fikrincə, bu, Azərbaycanın son illərdə artan siyasi çəkisinin və beynəlxalq münasibətlərdə qazandığı mövqenin göstəricisidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR