Onlayn ictimai-siyasi qəzet
“Tramp yolu” layihəsini Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik arxitekturasına yönəlmiş bir nailiyyət hesab etmək olar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikri İrəvanda keçirilən “Ermənistan – Aİİ. Birlikdə irəli” forumunda iqtisad elmləri doktoru, “Alternativa” Tədqiqat Mərkəzinin rəhbəri Tatul Manaseryan bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi bu məsələ üzərində daha intensiv işləyə bilərdi və nəticələri Azərbaycanla müqayisə edəndə fərq aydın görünür:
“İmzalanmadan 2–3 gün əvvəl Azərbaycan tərəfi ABŞ-la müxtəlif iqtisadi əməkdaşlıq sahələrində müqavilələr bağlaya bildi. Ermənistan isə NATO-da mühüm, hətta həlledici rol oynayan ölkə qarşısında dənizə çıxış məsələsini qaldıra bilərdi”, – deyə Manaseryan xatırladıb və əlavə edib ki, Türkiyə və Ermənistan müvafiq beynəlxalq müqavilələrin iştirakçılarıdır.
Yolun Ermənistana gətirəcəyi faydaya toxunan iqtisadçı qeyd edib ki, dövlət qurumları konkret hesablamalar aparmalı və cəmiyyətə təqdim etməlidirlər. “Hazırda mən bunu görmürəm”, – deyə Tatul Manaseryan iddia edib.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ