İnsanlara hürriyət, millətlərə istiqlal!

QƏLƏBƏ şansımız yüksəkdir, çünki... - İslandiya - Azərbaycan oyunu ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Azərbaycan milli komandası Dünya Kuboku seçmə mərhələsində səfərdə İslandiya ilə qarşılaşacaq. Komanda bu vacib matça hazırlaşır və hər iki tərəf qələbə üçün mübarizə aparacaq.

İdman şərhçisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında bildirib ki, qələbə şansımız yüksəkdir:

“Yaxşı başlanğıc komandaya növbəti oyunlarda müsbət təsir göstərəcək. Rəqiblə motivasiyalı və ruh yüksəkliyi ilə oynamaq vacibdir. Futbol baxımından İslandiya kağız üzərində bizdən üstün görünə bilər, amma ümumilikdə aramızda böyük fərq yoxdur”.

MESTE.jpg (41 KB)

Şərhçiyə görə, İslandiya hazırda nəsil dəyişmə dövrünü yaşayır və komandamız bu fürsətdən istifadə etməlidir:

“Hazırda bizim üçün optimal dövrdür, rəqibin boşluqları və problemləri var. Hava şəraiti də bizə uyğundur, oyun daha əlverişli şəraitdə keçiriləcək”.

Kənan Məstəliyev milli komandamızın heyətinə də inamını ifadə edib:

““Qarabağ”ın heyətində Çempionat Liqasında çıxış edən 7 futbolçumuz var, digər oyunçularımız isə Almaniya, Polşa, Koreya, Türkiyə və Niderland klublarında çıxış edir. Fiziki hazırlığımız qaydasındadır, optimal heyət yığılıb. Rəqibin müdafiəsində boşluqlar var və biz bundan maksimum istifadə etməliyik”.

Şərhçi matçın intensiv və bir-bir hesabla keçə biləcəyini qeyd edərək, komandamızın düzgün taktika və pressinqlə qələbəyə nail ola biləcəyini vurğulayıb.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR