Onlayn ictimai-siyasi qəzet
Almaniyada 28 yaşlı məhbus "Waldhaym" həbsxanasından qaçmağa cəhd edərkən tikanlı məftilə ilişib.
Musavat.сom xəbər verir ki, bu barədə “Baza” telegram kanalı məlumat yayıb.
Məhbus o qədər möhkəm ilişib ki, çətinliklə hərəkət edə bilib.
Onu görən nəzarətçilər dərhal reaksiya veriblər və məhbusu xilas etmək üçün xüsusi əməliyyat həyata keçiriblər. Nəticədə məhbus xilasetmə briqadası tərəfindən açılmış yastığının üzərinə düşüb. İlkin tibbi yardım göstərildikdən sonra o, yenidən həbsxanaya qaytarılıb.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ