Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşmiş Ştatlarının fond bazarları mayın 23-də ticarəti qırmızı ilə bağlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bun əsas səbəb kimi Apple istehsalını ABŞ-a köçürməkdə israr edən və şirkət bunu etmədiyi təqdirdə 25% tarif tətbiq edəcəyi ilə hədələyən prezident Donald Trampın sərt açıqlamaları olub. Bundan əlavə, o, Avropa İttifaqından bütün idxal mallarına 50% rüsum tətbiq etməyi təklif edib. Rüsumların qüvvəyə minmə tarixi əvvəlcə iyunun 1-nə təyin edilsə də, sonradan iyulun 9-na təxirə salınıb.
Bu açıqlamalar birjalarda mənfi reaksiyaya səbəb olub. S&P 500 və Dow Jones indeksləri 0,6%, Nasdaq 100 isə 0,9% ucuzlaşıb. Apple səhmləri, dəyərinin 3%-ni itirərək xüsusilə ağır zərbə alıb. Micron, Qualcomm və Nvidia da daxil olmaqla texnologiya şirkətlərinin səhmləri 1%-dən çox ucuzlaşıb.
Avropa fond bazarları da enişlə cavab verib. Pan-Avropa STOXX 600 indeksi 0,9%, Almaniya DAX isə 1,5% ucuzlaşıb. Ən böyük azalmalar avtomobil istehsalçılarının və lüks seqment nümayəndələrinin paylarında olub. Beləliklə, Mercedes, BMW, Stellantis, Hermes və Inditex-in kotirovkaları 4,5%-ə düşüb. Avropa Komissiyasının mümkün cavab tədbirləri ilə bağlı narahatlıqlar da Intesa, UniCredit və BBVA-nın səhmlərinin təxminən 3% ucuzlaşmasına səbəb olub.
Asiya regionunda dinamika qarışıq olub. Yaponiyanın Nikkei 225 indeksi 0,7% artıb. İnvestorlar ABŞ tariflərinin tətbiqinin gecikməsini, eləcə də ixracatçılara təkan verən yenin zəifləməsini alqışlayıblar. Kawasaki Heavy 2,2%, Nippon Steel isə təxminən 5% artıb.
Çində isə vəziyyət fərqli olub, Şanxay kompoziti 0,3% düşüb. Ən pis göstəricilər müvafiq olaraq 9,96% və 8% dəyər itirən Pekin hava limanının və Jiangsu Zongy-nin səhmləri olub.
Mayın 26-da səhər saatlarında Brent markalı neftin bir barreli 64,97 dollara, WTI isə 61,70 dollara satılırdı. Dollar indeksi DXY 98,81 bənddə qalıb.
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ