İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Malayziyada rəqs etdi - MARAQLI GÖRÜNTÜLƏR

ABŞ prezidenti Donald Tramp bir həftəlik Asiya turnesinə oktyabrın 25-də Malayziyanın paytaxtı Kuala-Lumpurda başlayıb. Kuala-Lumpur hava limanında ABŞ prezidenti onu qarşılayan ifaçılarla ənənəvi rəqsə qatılıb. 

Musavat.com xəbər verir ki, ənənəvi geyimli əsgərlərin və ifaçıların yanından keçən Tramp rəqsə qoşulub.

Rəqs Malayziyanın silat döyüş sənəti elementlərinə əsaslanır və ölkənin mədəniyyətinə hörmət və dostluq nişanəsi kimi qiymətləndirilir.

Tramp hava limanında baş nazir Ənvər İbrahimin rəhbərlik etdiyi Malayziya rəsmiləri tərəfindən qarşılanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR