Onlayn ictimai-siyasi qəzet
Fransız alimin ABŞ-a getməsi yasaqlanıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Qəzetin xəbərinə görə, həmin alim ABŞ-a bir konfransa gedirmiş. Hava limanında onun telefonunda ABŞ prezidenti Donald Trampın siyasətləri ilə bağlı tənqidi mesajlar aşkar edilib və onun girşinə qadağan qoyulub.
"Mən narahatlıqla öyrəndim ki, Hyustonda konfransa gedən Milli Elmi Tədqiqatlar Mərkəzində (CNRS) işləyən fransız tədqiqatçı ABŞ-a buraxılmayıb və daha sonra ölkədən çıxarılıb. Tədqiqatçının telefonunda həmkarları və dostları ilə yazışmalar olduğu üçün bu tədbir Amerika hökuməti tərəfindən həyata keçirilib”, - deyə Fransanın ali təhsil naziri Filip Batist söyləyib.
Qeyd olunur ki, alim ABŞ prezidentini tənqid etdiyinə görə “Tramp-a nifrəti əks etdirən və terrorizm kimi səciyyələndirilə bilən” mesajlar yaymaqda ittiham olunub. Onun peşəkar və şəxsi avadanlıqlarının müsadirə edildiyi və ertəsi gün Avropaya geri göndərildiyi bildirilir.
Musavat.com
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ