İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampı öldürməklə hədələyən şəxs həbs edildi

ABŞ hakimiyyəti yeni seçilmiş prezident Donald Trampı və ailəsini öldürməklə hədələyən şəxsi həbs edib.

Məlumata görə, Manuel Tamayo-Torres adlı şəxs Trampa və ailəsinə qarşı bir neçə dəfə hədə-qorxu gəlib. O , sosial şəbəkədə təhdid mesajları göndərib:

"Siz öləcəksiniz, oğlunuz öləcək, bütün ailəniz öləcək".

Bundan əlavə, videoda o, AR-15 tüfəngini yelləyərək, Tramp haqqında müxtəlif qəribə açıqlamalar verib.

Qeyd edək ki, Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə ona sui-qəsd cəhdini xatırladaraq, sui-qəsd cəhdlərini araşdırmaq üçün müstəqil komissiya yaradacağını bildirib./Milli.Az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR