İnsanlara hürriyət, millətlərə istiqlal!

“Trampı öldürəcəklər” - Amerikalı jurnalist xəbərdarlıq etdi

Amerika isteblişmentinin ABŞ-ın keçmiş prezidenti Donald Trampdan qorxması və onunla işləmək üçün başqa üsulların olmaması onun öldürülməsinə səbəb ola bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri tanınmış jurnalist Taker Karlson radio aparıcısı Adam Korollaya müsahibəsində bildirib..

Aparıcının Trampın yenidən ABŞ prezidentliyinə seçilməsinə icazə verilib-verilməyəcəyi ilə bağlı sualına cavab verən tanınmış jurnalist xatırladıb ki, Amerika elitası Trampa qarşı o, hələ ilk dəfə seçilməzdən əvvəl etiraz aksiyaları təşkil edərək ona qarşı mübarizə aparmağa başlayıb.

Jurnalistin sözlərinə görə, impiçment proseduru başlamaq üçün ona böhtan atılıb, daha sonra 2021-ci il yanvarın 6-da Vaşinqtonda baş vermiş iğtişaşlarla bağlı Trampa qarşı sübutlar uydurulub. Karlson qeyd edib ki, yuxarıdakıların heç biri onlara Trampdan qurtulmağa kömək etməyib. Üstəlik, ona qarşı cinayət ittihamı irəli sürüldükdən sonra da onun populyarlığı durmadan artıb.

Karlson vurğulayıb ki, Trampa qarşı istifadə edilən bütün üsullar mərhələli şəkildə tətbiq edilib, lakin son nəticədə nəticə olmayıb.

“Əgər siz tənqidlə başlayırsınız, sonra etiraza, daha sonra impiçmentə keçirsiniz, indi də ittihamnamələrdən istifadə edirsiniz və bunların heç biri işləmirsə, axırda nə olacaq? Bunu qrafikdə göstərin. Öldürməyə yaxınlaşdığımız aydındır. Bunu heç kim deməyəcək, amma bilmirəm necə bu qənaətə gəlməmək olar”, - deyə jurnalist bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR