Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp transgender idmançıların (doğuşdan kişi olanların) qadınlar arasında yarışmasına qadağa qoyan yeni fərman imzalayıb.
Musavat.com xəbər verir ki, o, bu addımı qadın idmanının qorunması və ədalətli rəqabətin təmin edilməsi üçün atdığını bildirib.
Trampın sözlərinə görə, son illərdə özlərini qadın kimi təqdim edən kişi idmançılar minlərlə yarışda qalib gələrək qadınların haqlarını pozublar. O, statistikaya istinad edərək qeyd edib ki, transgender idmançılar 3,5 mindən çox idman yarışında qalib olub, bu isə qadın idmançıların ədalətli şəkildə rəqabət aparmasını çətinləşdirib.
Yeni fərman çərçivəsində qadın idman növləri yalnız qadınlar üçün nəzərdə tutulacaq.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ