Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Çində məşhur olan TikTok platformasının ABŞ-da satışı ilə bağlı planlaşdırılan nəhəng razılaşmanın baş tutmadığını açıqlayıb.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, bu fiasko Çin tərəfinin gömrük rüsumları səbəbilə son anda şərtləri dəyişməsi ilə bağlıdır.
“Bizim razılaşmamız vardı, daha doğrusu, biz ona kifayət qədər yaxın idik. Amma sonra Çin rüsumlar məsələsinə görə şərtləri dəyişdi. Əgər mən rüsumları bir az endirsəydim, onlar bu razılaşmanı 15 dəqiqəyə təsdiq edərdilər”, – deyə Tramp bildirib. ABŞ lideri konkret olaraq hansı şərtlərin dəyişdiyini açıqlamayıb.
Prezident Tramp bu hadisəni “rüsumların gücünün sübutu” kimi dəyərləndirib və ABŞ-ın Çinlə iqtisadi mübarizəsində tətbiq etdiyi tarif siyasətinin effektivliyini vurğulayıb.
Qeyd edək ki, TikTok-un ABŞ-da fəaliyyətinə dair uzun müddətdir müzakirələr aparılır və təhlükəsizlik səbəbilə platformanın Çinli sahiblərindən alınması tələb olunurdu. Yeni gərginlik isə danışıqların taleyini bir daha sual altına salıb.
Musavat.com
10 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ