İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Zaporojyeni KAB-la VURDU: Ölənlər və yaralananlar var - FOTOLAR

Rusiya Silahlı Qüvvələri bu gün səhər saatlarında Ukraynanın cənub-şərqində yerləşən Zaporojye vilayətinə KAB tipli aviasiya bombaları ilə zərbələr endirib.

Musavat.сom xəbər verir ki, Zaporojye vilayət administrasiyasının yaydığı rəsmi məlumata görə, hücum nəticəsində azı 2 nəfər həyatını itirib, daha 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal xəstəxanalara çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Partlayışların baş verdiyi ərazidə ciddi dağıntılar qeydə alınıb. Avtomobillərə, mülki infrastruktura ziyan dəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR