İnsanlara hürriyət, millətlərə istiqlal!

Axtarışa verilən Hüseyn Dubaydan FOTO paylaşdı

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov axtarışa verilib.

Bloger çirkli pulların yuyulmasına görə axtarışa verilib.

Rusiya məhkəməsinin Hüseyni axtarışa verməsindən sonra bloger Bakıya köçüb və uzun müddətdir burada qalır.

Bu günlərdə isə onun Türkiyə bə Birləşmiş Ərəb Əmirliyinə səyahət etməsi diqqət çəkib. Həsənov Dubaydan görüntülər paylaşıb. Onun axtarışının aradan qaldırılıb, qaldırılmamadı sual doğurub.

Qeyd edək ki, bloger 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir. Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndirilən azərbaycanlı bloqer Hüseyn Həsənovun barəsində çıxarılan qiyabi həbs qərarını qanuni hesab edib. Hüseynin apellyasiya şikayəti təmin olunmayıb.

Bildirilir ki, əgər onun təqsiri sübut olunarsa, blogeri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR