Onlayn ictimai-siyasi qəzet
Donald Tramp Ukraynada davam edən müharibənin yaxın bir həftə ərzində başa çata biləcəyinə əminliyini ifadə edib.
Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibi Livittin sözlərinə görə, Tramp və onun komandası münaqişənin hər iki tərəfi ilə danışıqları davam etdirməyə ciddi şəkildə köklənib.
"Prezident bu müharibəyə son qoymaq üçün intensiv danışıqlar aparır və biz bunun bu həftə ərzində mümkün olacağına tam əminik", — deyə Livitt bildirib.
Trampın bu iddiaları dünya ictimaiyyətində böyük rezonans doğurub və münaqişənin həlli istiqamətində yeni ümidlər yaradıb.
Musavat.com
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ