İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onları güllələyəcəyik, söz verirəm..." - DƏHŞƏTLİ FOTOLAR

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Milli Qvardiyanın əsgərlərinin Los-Ancelesdəki etirazlara nəzarətdə mühüm rol oynadığını deyib və əlavə edib ki, o bu qərarı verməsəydi, hadisələr iğtişaşlara çevrilə bilərdi.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, “İnvestor Amerika” tədbirində jurnalistlərə açıqlama verən Tramp Kaliforniya qubernatoru Gavin Newsomun onu vətəndaş müharibəsinə başlamaqda ittiham edən açıqlamalarına da cavab verib.

"Mən vətəndaş müharibəsi başlatmıram, qanunları tətbiq edirəm. Newsom bu böyük dövləti məhv edir. O, uğursuz qubernatordur" - ABŞ lideri deyib.

Digər tərəfdən, "Reuters"ə danışan ABŞ rəsmisi bildirib ki, Milli Qvardiya qoşunları əlavə olaraq bölgəyə gələnə qədər ABŞ təxminən 700 dəniz piyadasını müvəqqəti olaraq Los-Ancelesə köçürəcək. Adının çəkilməsini istəməyən məmur, bir batalyonun yerləşdiriləcəyini, lakin bu mərhələdə Üsyan Aktını işə salmaq planının olmadığını söyləyib.

Los-Anceles Bələdiyyə Başçısı Karen Bass isə bildirib ki, şəhər boyu iğtişaşlar 6 iyunda baş verən immiqrasiya reydləri ilə başlayıb. “Bunun heç biri baş verməməli idi” - deyən Bass basqınların şəhərdə “qorxu və gərginlik” yaratdığını və bunun da 8 iyun etirazların artmasına səbəb olduğunu bildirib.

 

Tramp Los-Ancelesdəki etirazlarla bağlı “Truth” sosial media hesabında paylaşım edib.

"İğtişaşçı" olaraq xarakterizə etdiyi etirazçıların Milli Qvardiya zabitlərinin üzünə tüpürməyə meylli olduğunu iddia edən Tramp: "Tüpürsələr, onları vuracağıq. Sizə söz verirəm ki, indiyə qədər vurulmadıqları qədər güllələnəcəklər. Bu cür hörmətsizliyə yol verilməyəcək" - deyib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

10 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR