İnsanlara hürriyət, millətlərə istiqlal!

Berbok Bakını niyə erkən tərk edib?

Almaniyanın xarici işlər nazirinin postunda sayılı günləri qalıb

Almaniyanın xarici işlər naziri Annalena Barbokun Bakıda keçirilən iqlim konfransını erkən tərk etməsinin səbəbi bəlli olub. Musavat.com   “Almaniya xəbərləri” teleqram kanalına istinadən xəbər verir ki,  bu  ölkənin Xarici İşlər Nazirliyinə yaxın çevrələrin məlumatına görə,  “son vaxtlar xanım nazir çox işləyir və yorğundur”. Üstəlik, bu yaxınlarda keçirilən partiya konfransında soyuqlayıbmış.

Maraqlıdır ki, Berbok Bakıda olduğu  qısa müddətdə Azərbaycanı “insan haqlarının vəziyyətinə görə” ittiham etməyə fürsət tapıb ki, buna Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində cavab verib.  “ COP29 danışıqlarının ən kritik və çətin anlarında, inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından və daha çox Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi. Təəssüf ki, xanım Berbok Almaniyada keçiriləcək seçkiləri daxili siyasət kimi son dərəcə mürəkkəb çoxtərəfli diplomatiya ilə qarışdırır, ola bilsin ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə çalışır” deyə, H.Hacıyev yazıb. 

 Digər mənbələr də Berbokun gərginliyini  hazırda Almaniya  hakimiyyətindəki  böhranla izah edirlər.  2025-ci ildə keçiriləcək Bundestaq seçkilərində Berbokun da təmsil olunduğu “Yaşıllar”ın hökumət koalisiyası qurmaq ehtimalı çox azdır. Almaniyada “Yaşıllar”ın siyasi erası başa çatmaq üzrə olduğu haqda danışılır.  

Berbok  Bundestaqa federal seçkilərdə  “Yaşıllar”dan kansler vəzifəsinə namizədliyini irəli sürməsinə nail oldu, amma xarici işlər naziri vəzifəsini tutaraq,  Almaniyanın xarici siyasətini tamamilə Atlantik yönümlü kursa yönəltdi. Onun dövründə məsələn, Rusiya-Almaniya münasibətləri  “dibə” düşdü. Rusiyanın beş baş konsulluğundan dördü bağlandı, onlarla rus diplomatı Almaniyanı tərk edib. 

Ceyhun Bayramov Berbokla nələri müzakirə etdi? – FOTO

Annalena  Berbokun Avropa  Parlamentinə seçkilər ərəfəsində nazir postunu tərk edib, Aİ Avropa Komissiyasına vəzifə tutmaq istədiyi deyilirdi, amma “Yaşıllar” burda istənilən nəticəni əldə edə bilmədilər.    

Almaniya mediası isə fevralın 23-də keçiriləcək seçkilərdən  sonra artıq yeni xarici işlər nazirinin kimliyi haqda yazır. Berbokun yerini Rolf Myutsenihin tutacağı deyilir.  Sosial Demokrat Partiyasında olan  siyasətçənin mümkün  “qırmızı-qara” koalisiyada xarici işlər naziri portfelini almaq şansı yüksəkdir. 

 Ukraynanın  bu ölkədəki sabiq diplomatı Andrey Melnik  Ukrayna müharibəsində fərqli mövqeyə sahib Myutsenihin Almaniyanın ən ürəksiz və məkrli siyasətçisi kimi qiymətləndirib.  “Növbəti böyük koalisiya onu xarici işlər naziri etsə, özümü güllələyəcəm” deyə, ukraynalı diplomat bildirib.

Sonda qeyd edək ki, Almaniyanın xarici işlər naziri  həyat yoldaşı Daniel Holefleischin ayrıldığı rəsmi şəkildə təsdiqlənib.

 Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR