Onlayn ictimai-siyasi qəzet
ABŞ təhlükəsizlik rəsmiləri İsrail kəşfiyyat rəsmilərinə qoşunların iki ay ərzində Suriyadan mərhələli şəkildə çıxarılmasına başlanacağı barədə məlumat verib.
Axar.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Bildirilib ki, İsrailin Amerika qoşunlarını Suriyada saxlamaq üçün Vaşinqtona təzyiq göstərmək cəhdləri uğurlu olmayıb.
Qeyd edək ki, ABŞ-ın Suriyada 2 min əsgəri olduğu bildirilir. Tramp Türkiyənin böyük gücünün qarşısında 2 min əsgəri təhlükəyə atmayacağını və onları ərazidən çıxaracağını 2024-cü ilin dekabrında elan etmişdi.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik.
Qonağöımız siyasi ekspert Azər Həsrətdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ