Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp dövlət qulluqçularına nəzarəti daha da sərtləşdirib.
Musavat.com xəbər verir ki, "The Wall Street Journal"ın yaydığı məlumata görə, bu addım Elon Maskın DOGE (Dogecoin) layihəsindən uzaqlaşması fonunda atılıb.
Məlumata görə, Ağ Evin kadr bölməsi yeni federal vəzifələri təsdiqləyir və mövcud dövlət qulluqçularını "Trampın siyasətinə sədaqət" meyarı əsasında qiymətləndirərək işdən azad edir. Əgər əməkdaşlar Trampın siyasi kursuna yetərincə dəstək göstərmirsə, onların vəzifədən uzaqlaşdırılması təmin edilir.
Bununla yanaşı, ABŞ-da dövlət idarələrinə işə qəbul üzərinə tətbiq edilmiş moratoriumun müddəti uzadılıb. Yeni qərara əsasən, dövlət qurumlarına işə qəbul qadağası iyul ayının ortalarına qədər davam edəcək.
Ekspertlər Tramp administrasiyasının bu addımını siyasi sədaqətə əsaslanan dövlət idarəçiliyinə keçid cəhdi kimi qiymətləndirirlər. Bu isə ABŞ-da dövlət aparatının gələcəyi ilə bağlı ciddi müzakirələr doğurub.
Musavat.com
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ