İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaşinqtonun regional təşəbbüslərinin qarşısını almaq çətinləşib”

“ABŞ prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş son dərəcə məxfi şəraitdə hazırlanıb. Bu haqda xəbər yalnız iki gün əvvəl Vaşinqtondakı dairələr tərəfindən sızdırılıb. Hiss olunurdu ki, işin içində olan Bakı və İrəvan bununla bağlı xəbərin vaxtından əvvəl yayımlanmasında maraqlı olmayıb. Səbəbi bəllidir.

Rusiya və İran kimi qonşuları olan Cənubi Qafqaz ölkələrinin Vaşinqtonla isti münasibətləri Moskva və Tehranda qıcıq oyadır. Hər ikisinin pozuculuq fəaliyyəti bəllidir”.

Musavat.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.

elxan.jpg (68 KB)

Onun fikrincə, Bakı və İrəvan Vaşinqtonda görüşün keçirilməsinə və Ağ Ev sahibinin iştirakıyla sülh sazişinin paraflanması imkanına etiraz etməyiblər:

“Çünki Vaşinqtonun siyasəti ilə bağlı müəyyən suallar olsa da, Rusiya və İranın regional siyasətiylə bağlı sualların sayı daha çoxdur. Kreml və Tehran Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə hələ reaksiya verməyiblər, yəqin görüşün nəticəsini və ABŞ paytaxtında nəyin imzalanacağını gözləyirlər.

Bütün hallarda Moskva və Tehranın Vaşinqtonun regional təşəbbüslərinin qarşısını alması çətinləşib. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ şirkətlərindən birinin Zəngəzur dəhlizini icarəyə götürmək təklifinə razılaşsa, Moskva və Tehran bunun qarşısını yalnız Ermənistanda çevriliş etməklə ala bilər”.

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR