Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp rəqibi Co Baydenə sağlamlıq problemi ilə bağlı xoş niyyətlərini bildirib.
Musavat.com xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə paylaşımında yazıb. O, Baydenin son tibbi diaqnozu ilə bağlı xəbərin onu və həyat yoldaşı Melaniya Trampı kədərləndirdiyini bildirib.
“Melaniya və mən Co Baydenin son tibbi vəziyyəti ilə bağlı yayılan xəbərlərə çox üzüldük. Jill xanıma və ailəsinə ən xoş arzularımızı çatdırır, Co Baydenə isə tezliklə və uğurlu şəkildə sağalmasını diləyirik,” – deyə Tramp qeyd edib.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ