İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Bayden AÇIQLAMASI: “Məndən başqa...”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə hazırkı prezident Co Baydenə qalib gəlmək şansının “100 faizə yaxın” olması ilə öyünüb.

Musavat.com xəbər verir ki, bu barədə o, “The Sunday Times” qəzetinə müsahibəsində danışıb.

Tramp həmçinin Respublikaçılar içərisində ən yaxın rəqibi, Florida ştatının qubernatoru Ron DeSantisi ələ salıb.

“Onsuz da onun çoxlu tərəfdarı olmayıb. Bu, yaxşı hal deyil. İctimai rəy sorğularında çox zəif nəticələr göstərir. Düşünürəm ki, o, tezliklə yarışdan kənarda qalacaq”, - deyə Tramp bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR