İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Rusiya ilə Ukraynadakı münaqişənin həlli ilə bağlı aparılacaq danışıqlarda iştirak edəcəyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox News” telekanalına müsahibəsində deyib.

Tramp məsələ ilə bağlı suala cavab olaraq deyib: “Bəli, bəli. O, işə cəlb olunacaq”.

O, həmçinin qeyd edib ki, Rusiya lideri Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüş çox yaxında baş tuta bilər. ABŞ prezidenti əlavə edib ki, Putin Ukraynada döyüşləri dayandırmaq istəyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR