Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İranın ali rəhbəri Əli Xameneiyə yazdığı məktubda nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün İslam Respublikasına iki ay müddət verib.
Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Saytın məlumatına görə, Tehrana verilən iki aylıq müddətin məktubun göndərildiyi andan, yoxsa danışıqların başlanmasından hesablanması aydın deyil.
Qeyd olunub ki, İran Trampın təklifini rədd edərsə və Tehranın nüvə proqramı davam edərsə, ABŞ və ya İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyat keçirmə ehtimalı xeyli artacaq.
Tramp məktubda danışıqlar təklif edib, eyni zamanda razılaşmanın əldə olunmamasının nəticələri barədə xəbərdarlıq edib.
Musavat.com
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ