Onlayn ictimai-siyasi qəzet
Serbiya Prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, Donald Tramp və Vladimir Putinin sentyabrın əvvəlində Çində eyni günlərdə olması mümkündür.
Musavat.com xəbər verir ki, Serbiya lideri bu barədə Çin Xalq Respublikasında İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş tədbirlərə dair danışarkən bildirib. Onun sözlərinə görə, o özü 1-6 sentyabr tarixlərində Çində olacaq. Vuçiç qeyd edib ki, bu müddətdə Pekinə Rusiya Prezidenti Vladimir Putinin gələcəyi də gözlənilir, ABŞ prezidenti Donald Trampın da tədbirə qatılması ehtimal edilir.
Vuçiçin sözlərinə görə, sentyabrın 3-də Çin lideri Si Cinpin tərəfindən rəsmi şam yeməyi təşkil olunacaq. Sentyabrın 5-də isə hansısa dünya liderinin ev sahibliyi edəcəyi daha bir rəsmi şam yeməyi gözlənilir. Təhlükəsizlik səbəbilə həmin şəxsin kimliyi hələlik açıqlanmır.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Çinə səfər edə biləcəyini və orada Vladimir Putinlə görüşə biləcəyini istisna etməmişdi.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ