İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Ukrayna müharibəsi bir neçə həftəyə bitəcək!

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla Vaşinqtonda keçirdiyi görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsini həftələr ərzində bitirə biləcəyini deyib.

Musavat.com-un məlumatına görə, Tramp deyib ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə bu həftə Ağ Evdə və ya bundan sonra mineral saziş imzalamaq üçün görüşə bilər.

Bundan əlavə, ABŞ prezidentinin sözlərinə görə, o, uyğun vaxtda Moskvaya səfər etməyə hazırdır, lakin mayın 9-u çox tez ola bilər. Tramp Rusiya prezidenti Vladimir Putinlə nə vaxt görüşəcəyini bilmədiyini, lakin bunun gec-tez baş tutacağını bildirib.

Makron da öz növbəsində Ukrayna ərazisinə Avropa qoşunlarını göndərməyə hazır olduğunu bir daha bəyan edib. Tramp cavabında Rusiya prezidenti Vladimir Putinin potensial sülh sazişinin bir hissəsi kimi Avropadan sülhməramlıların göndərilməsi ideyasını “qəbul edəcəyini” vurğulayıb.

Ukraynanın müharibəni bitirmək üçün danışıqlarda ərazilərini Rusiyaya verməli olub-olmaması ilə bağlı suala Tramp belə cavab verib: “Görəcəyik”. O əlavə edib ki, danışıqlar yeni başlayır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR