İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Türkiyədəki o fiquru Suriyaya səfir təyin etdi: yeni dönəm başladı - FOTO

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Türkiyədəki səfiri Tom Barakı eyni zamanda Suriyaya dair xüsusi nümayəndə vəzifəsinə təyin edib. Bu barədə Tramp şəxsi açıqlamasında məlumat verib.

“Sevinc hissi ilə bildirirəm ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barak bundan sonra Suriya istiqamətinə də cavabdeh olacaq və prezident administrasiyasının xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcək,” – deyə Tramp bəyan edib.

ABŞ lideri Barakın Suriya ilə münasibətlərin qurulmasının əhəmiyyətini dərindən dərk etdiyini və Yaxın Şərqdə sülhün bərpası üçün böyük potensiala inandığını qeyd edib. Tramp çıxışında həmçinin vurğulayıb: “Birlikdə Amerikamızı və bütün dünyanı yenidən təhlükəsiz edəcəyik.”

Yeni təyinat fonunda ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi bəzi sanksiyaların artıq qismən ləğv edildiyi də bildirilir. ABŞ səfiri Tom Barak isə qeyd edib ki, ABŞ, Türkiyə və Körfəz ölkələri “yeni Suriya ilə çiyin-çiyinə” dayanmağa hazırdır.

Xatırladaq ki, Tom Barakın Suriyanın müxalif dairələri ilə görüşdüyü fotolar da yayılıb. Ekspertlər bu təyinatı Vaşinqtonun Suriyada diplomatik fəallığını artırmaq və yeni siyasi proseslərə təsir imkanlarını genişləndirmək cəhdi kimi qiymətləndirirlər.

 

Musavat.com

fce91c03-ad34-426d-8e4f-9aaadfc3155a.jpg (147 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR