İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp son 50 gündə ən çox hansı kəlməni işlədib? “New York Times”dan maraqlı analiz

ABŞ Prezidenti Donald Trampın ikinci dəfə Ağ Evə qayıdışından sonrakı ilk 50 gündə etdiyi çıxışlarda ən çox çəkdiyi ad “Bayden” olub.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin apardığı təhlildə bildirilir.

Məlumata görə, Tramp orta hesabla gündə 6.32 dəfə “Bayden” sözünü işlədib. Bu isə onun digər çıxışlarında istifadə etdiyi sözlərlə müqayisədə ən yüksək göstəricilərdən biridir. Hətta Tramp “Bayden” sözünü “Amerika” sözündən daha çox istifadə edib.

“New York Times”ın təhlili göstərir ki, Donald Tramp siyasi gündəmini və ritorikasını birbaşa öz sələfi və əsas rəqibi Co Baydenə qarşı qurur. Tramp demək olar ki, hər çıxışında Baydenin siyasətini tənqid edir, onu ölkənin “geriləməsində” günahlandırır və özünün bu “xaosu düzəltmək üçün” geri döndüyünü bildirir.

Təhlilin ən maraqlı nüanslarından biri odur ki, Trampın çıxışlarında “Amerika”dan daha çox “Bayden”in adı hallanır. Bu isə siyasi ritorikanın mahiyyətinin fikir və proqramlardan daha çox şəxslər üzərində cəmləşdiyini göstərir.

“Bayden” bir simvola çevrilib – Trampın nəzərində iqtisadi zəifliyin, xarici siyasətdə “yumşaqlığın” və daxili idarəçilikdə qarışıqlığın simvolu.

Trampın Baydeni hədəf seçməsi ilə yanaşı, çıxışlarında tez-tez “iqtisadi dirçəliş”, “sərhəd təhlükəsizliyi”, “ailə dəyərləri” kimi anlayışlara da yer verdiyi, lakin bunların hamısının Baydenin “uğursuzluğu” fonunda təqdim edildiyi diqqət çəkir.

Tramp üçün indi əsas mövzu “Bayden”dir. Həm siyasi hücum platforması, həm də öz seçki ritorikasını qurduğu mərkəz. Görünən odur ki, qarşıdakı aylarda bu ad daha da çox çəkiləcək — bəlkə də, “Amerika”dan da artıq…

Daha ətraflı: https://nyti.ms/4c7GiMm

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR