Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığını "çox yaxşı" adlandırıb.
Musavat.com xəbər verir ki, Tramp Vaşinqton və Pekinin yaxın zamanda bir çox problemləri birgə həll edəcəyinə ümid etdiyini bildirib.
"Az əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışdım. Söhbət həm Çin, həm də ABŞ üçün çox yaxşı oldu. Gözləyirəm ki, biz indidən başlayaraq bir çox problemləri birlikdə həll edəcəyik. Ticarət balansı, fentanil, "TikTok" və bir çox başqa mövzuları müzakirə etdik. Prezident Si və mən dünyanı daha dinc və təhlükəsiz yerə çevirmək üçün əlimizdən gələni edəcəyik", - deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Musavat.com
18 Yanvar 2025
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ