Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp həmkarı Rəcəb Tayyib Ərdoğanın Ukrayna böhranının həllinə kömək edə biləcəyinə inanır.
Musavat.com xəbər verir ki, bu mövqeyini Tramp Şarm əl-Şeyxdən Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərin sualını cavablandırarkən açıqlayıb.
Türkiyə liderinin böhranın həllinə kömək edə biləcəyini soruşduqda, Tramp Ərdoğanın edə biləcəyini vurğulayıb: "Rusiyada ona hörmət edirlər. Mən Ukrayna haqqında danışa bilmərəm. Lakin Rusiya prezidenti Vladimir Putin ona hörmət edir və o, mənim dostumdur".
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ