İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp 17 oktyabr görüşünü təsdiqlədi

ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskini oktyabrın 17-də Ağ Evdə qəbul etmək niyyətini təsdiqləyib.

Musavat.com xəbər verir ki, o, bu barədə oktyabrın 13-də Şarm əl-Şeyxdən Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərə açıqlamasında qeyd edib.

Oktyabrın 17-də Zelenskini qəbul etmək niyyətində olub-olmaması ilə bağlı suala Tramp müsbət cavab verib. Ağ Ev rəhbəri heç bir təfərrüat vermədən “Mən belə düşünürəm” deyib. O, həmçinin Amerikanın “Tomaqavk” raketlərinin Ukraynaya tədarükünün mümkünlüyü ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, Britaniyanın “Financial Times” (FT) qəzetinin jurnalisti Kristofer Miller X sosial media platformasında üç mənbəyə istinadən yazıb ki, Tramp oktyabrın 17-də Vaşinqtonda Zelenski ilə görüşə bilər. O xatırladıb ki, Tramp və Zelenski ötən həftəsonu telefon danışığı aparıblar. Jurnalist onu da qeyd edib ki, Ukrayna nümayəndə heyəti bu həftə Vaşinqtonda amerikalı həmkarları ilə bir sıra danışıqlar aparmağı planlaşdırır.

Axios isə yazıb ki, Zelenskinin Vaşinqtona getməsinin tək səbəbi silahların, xüsusilə uzaqmənzilli silahların alınması ilə bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR