Onlayn ictimai-siyasi qəzet
Rusiya hakimiyyəti ölkədə qanunsuz yaşayan miqrantlara qarşı nəzarəti gücləndirib.
Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib ki, ölkədə qalma statusunu qanuniləşdirməyən əcnəbilər mütləq şəkildə ölkəni tərk etməlidirlər. Əks halda, onları inzibati qaydada deportasiya, cərimə və beş il müddətinə Rusiyaya giriş qadağası gözləyir.
Volodinin sözlərinə görə, sentyabr ayında Rusiyada olan və “nəzarət siyahısına” daxil edilmiş əcnəbilərin qalma müddəti başa çatıb. Ayın əvvəlində bu siyahıda artıq 770 min miqrant qeydiyyatda idi.
Rəsmi məlumatlara əsasən, yanvar–avqust ayları ərzində miqrasiya qanunvericiliyinin pozulması səbəbindən 35 min əcnəbi Rusiya Federasiyasından çıxarılıb.
Analitiklərin hesablamalarına görə, hazırda ölkədə ümumilikdə 6,9 milyon miqrant yaşayır ki, bu da Rusiya əhalisinin təxminən 4,7 faizinə bərabərdir.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ