Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp səhhətinin qaydasında olduğunu və özünü yaxşı hiss etdiyini deyib.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, bunu o, ənənəvi illik tibbi müayinə prosedurundan əvvəl Truth səhifəsində yazıb: "Mən heç vaxt özümü indikindən daha yaxşı hiss etməmişəm, amma bunu etmək lazımdır. Çoxdan planlaşdırılan illik tibbi müayinə bu həftənin cümə günü Walter Reed Ordu Tibb Mərkəzində həyata keçiriləcək".
2023-cü ilin noyabrında Tramp sosial şəbəkədə öz həkimi, doktor Brüs Aronvaldın Trampın “ümumi sağlamlığının əla olduğunu” bildirən məktubunu dərc edib.
CNN yazır ki, seçki kampaniyası zamanı Tramp səhhəti ilə bağlı “nisbətən az ətraflı məlumat yayıb”. Onun demokrat rəqibi Kamala Harris onu neqativ məlumatları ört-basdır etməyə çalışmaqda ittiham edib.
2024-cü ilin martında Washington Post mənbələrə istinadən yazırdı ki, Tramp atasının əziyyət çəkdiyi Alzheimer xəstəliyinin ona keçə biləcəyindən ehtiyat edir.
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ