İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Qəzza ilə bağlı “böyük iclas” çağırır

 ABŞ prezidenti Donald Tramp bu gün Qəzza məsələsinə həsr olunmuş “böyük iclas” keçirəcək.

Musavat.com xəbər verir ki, bu barədə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff Fox News-a açıqlama verib.

Uitkoff bildirib ki, ABŞ administrasiyası müharibədən sonrakı dövrdə Qəzza zolağının idarə olunması, yenidənqurulması və humanitar yardımların təşkili ilə bağlı “əhatəli plan” üzərində işləyir. Onun sözlərinə görə, iclas zamanı həm regional tərəfdaşların, həm də İsrail və Fələstin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Məqsəd münaqişədən sonra bölgədə sabitliyi təmin etmək, humanitar böhranı yüngülləşdirmək və iqtisadi bərpaya dəstək verməkdir.

Uitkoff vurğulayıb ki, Tramp administrasiyası bu planı beynəlxalq təşkilatlarla da koordinasiya etməyi planlaşdırır və regional tərəfdaşlarla sıx əməkdaşlıq aparacaq. ABŞ-ın əsas məqsədi Qəzza zolağında uzunmüddətli sülh və sabitlik şəraiti yaratmaqdır.

İclasın nəticələri və planın detalları yaxın günlərdə açıqlanması gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR