İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan MDB-nin iclaslarında

Rəsmi Bakı son aylar Azərbaycan nümayəndələrinin qurum çərçivəsində bəzi tədbirlərə qatılmamasını Rusiya ilə əlaqələndirmirdi; Əli Əsədov da sabah  baş nazirlərin toplantısına gedir    

Sentyabrın 25-26-da Daşkənddə Müstəqil Dövlətlər Birliyinin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının 36-cı sessiyası keçirilib. Musavat.com e-cis.info-ya istinadən xəbər verir ki, tədbirdə Ermənistan,  Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ümumdünya Meteorologiya Təşkilatının nümayəndələri ilə yanaşı Azərbaycan da təmsil olunub.   

Sessiyada MDB İcraiyyə Komitəsini Təhlükəsizlik üzrə Əməkdaşlıq Departamentinin fövqəladə hallar üzrə əməkdaşlıq şöbəsinin rəhbəri Sergey Şparlo təmsil edib. İclas iştirakçıları milli hidrometeorologiya xidmətlərinin fəaliyyəti və onların MDB və ÜMT çərçivəsində qarşılıqlı əlaqəsi ilə bağlı bir sıra məsələləri müzakirə edilib.  MDB-nin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının 36-cı sessiyasının nəticələri regionda hidrometeoroloji xidmətlərin gələcək inkişafı üçün əsas olacaq, ictimai təhlükəsizliyin yaxşılaşdırılmasına və davamlı iqtisadi inkişafa töhfə verəcək. 

Yeri gəlmişkən, həftənin əvvəlində Bakıda MDB-nin Statistika komitələrinin  təşkilatçılığı ilə  "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumu da baş tutub.  

Qeyd edək ki, sentyabrın 24-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikasının Minsk şəhərində keçirilən MDB dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.  Gələn həftə, sentyabrın 29-da  Minskdə MDB baş nazirlərinin  iclası keçiriləcək. Azərbaycanın baş naziri Əli Əsədovun Belarusa səfər edəcəyi artıq dəqiqləşib. 

Baş nazirlər MDB liderlərinin oktyabrın ilk ongünlüyündə Düşənbədə keçirilməsi planlaşdırılan sammitinə hazırlığı müzakirə edəcəklər. Düşənbə sammitində isə MDB çərçivəsində qarşılıqlı fəaliyyətə dair fikir mübadiləsinin aparılacağı gözlənilir. Dövlət başçıları həmçinin hərbi əməkdaşlıq, regional enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət, terrorizm və ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycan  son aylarda MDB çərçivəsində keçirilən tədbirlərə qatılmırdı. Rəsmi Bakı isə nümayəndə heyətinin MDB-nin iclaslarında iştirak etməməsini Rusiya ilə bağlı baş verən hadisələrlə əlaqələndimirdi.

 Bu gün  III MDB Oyunlarının açılışı olacaq və  yeddi şəhərdə – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil ediləcək. Bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR